“SOCAR Türkiyə” Türkiyə və Azərbaycan teleradio kanallarının ortaq yayımında “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3.5 milyon türk lirəsi məbləğində ianə edib.
“İki sahil” xəbər verir ki, bunu canlı efirədə SOCAR Türkiyə şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mikayıl Yusifov bəyan edib.
Onun sözlərinə görə, yaşanan faciə ifadə ediləməyəcək qədər böyükdür. SOCAR rəsmisi Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olduğunu bir daha xatırladıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib