16 fevral 2023 10:56
325

ABŞ-ın kommersiya neft ehtiyatları 470 milyon bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 16 283 min barel artaraq, 471 394 min barel təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 166 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.