Ötən il Azərbaycana pul köçürmələri 3,4 milyard dollara çatıb
2022-ci ildə Azərbaycana 3,4 milyard ABŞ dolları məbləğində pul baratları daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilib. Qeyd edilib ki, bu rəqəm 2021-ci ilə nisbətən 3 dəfə artıb.