16 fevral 2023 12:35
441

Mərkəzi Bank: Bu il Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər

2023-cü ildə Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, 2022-ci ildə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə və gözləntilərə təsir göstərib.

İlin son aylarında müşahidə edilən meyillər davam edərsə, 2023-cü ilin sonuna inflyasiya səviyyəsinin azalaraq tədricən hədəf diapazonuna yaxınlaşacağı gözlənilir.