İqtisadi Zonaların İnkiafı Agentliyinin Peşə Təhsil Mərkəzində martın 1-dən “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisası üzrə 3 aylıq ödənişli kurslara start verilir.

“İki sahil” xəbər verir ki, ixtisas üzrə ödəniş 600 manat təşkil edir. Kurslarda dərslər həftə içi 5 gün saat 19:00-dan 22:00-dək, şənbə günü isə saat 09:00-dan 15:00-dək təşkil ediləcək.
Bu kurslarda iştirak etmək istəyənlər fevral ayının 24-dək ərizə, şəxsiyyət vəsiqəsi və 2 ədəd foto şəkil ilə Sumqayıt Kimya Sənaye Parkında yerləşən Peşə Təhsil Mərkəzinin inzibati binasına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat üçün:
Telefon: (051) 205-97-51; (012) 525-39-57
E-poçt: info@ezda.edu.az
Sayt: www.ezda.edu.az
Qeyd edək ki, yaxın vaxtlarda Peşə Təhsil Mərkəzində, həmçinin aşağıdakı ixtisaslar üzrə 3 aylıq ödənişli kurslara start veriləcək:
İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;
SMAW,MIG/MAG,TIG üsulları üzrə Qaynaqçı;
Proqramla idarə olunan dəzgahların operatoru;
Torna dəzgahının operatoru;
Frez dəzgahının operatoru;
Elektromexanika üzrə usta;
Python proqramlaşdırma;
Linux Redhat inzibatçılıq;
Yardım masası (Help Desk) üzrə mütəxəssis;
Kibertəhlükəsizlik mütəxəssisi.