16 fevral 2023 12:59
472

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 30%-dək artıb

2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 420,6 min ton təşkil edib, bu da illik müqayisədə 29,8% çoxdur.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, yüklərin 27 966,8 min tonu və ya 54,4%-i avtomobil nəqliyyatı, 16 841,2 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 6 612,6 min tonu və ya 12,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 26,5%-i və ya 13 634,6 min tonunu tranzit yüklər təşkil edib.