Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində tədbirləri davam etdirir.
Fevralın 15-də YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq Astaf kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində yığıncaq keçirilib.
Tədbirdə Ümummilli Liderin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda partiya üzvləri ilə yanaşı ərazidə yaşayan bitərəf kənd sakinləri də iştirak edblər.
Tədbirlərdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Arzu Aslanov, partiya fəalı Bayram Xıdırov və başqaları çıxış edərək bildiriblər ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Xüsusi vurğulanıb ki, Ulu Öndərin bu arzusunu Onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla yerinə yetirdi. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edilib, doğma düşmən torpaqlarımızdan qovulub, ərazi bütövlüyümüz bərpa edilib və dövlət başçısı İlham Əliyevin qətiyyətli iradəsinin və müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olunub.
Yekunda partiya fəalı Xıdırov Bayram Musa oğluna YAP Daşkəsən rayon təşkilatının Fəxri Fərmanı təqdim olunub.
Cavid Əkbərov, "İki sahil"
Türkiyə-Azərbaycan Universitetinin stendi ali təhsil müəssisələrinin sərgisində təmsil olunub
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb