Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirak edir.
“İki sahil” xəbər verir ki, ixtisas seçimi mərhələsində olan abituriyentlər üçün təşkil edilən sərgi ali təhsil müəssisələrinin təhsil imkanları, qəbul olunan ixtisaslar, tədris prosesi və tələbə həyatı ilə yaxından tanış olmaq, eləcə də gələcək peşə seçimi ilə bağlı daha dolğun məlumat əldə etmək baxımından mühüm platformadır.
ADPU-nun sərgi stendinə yaxınlaşan abituriyentlər və valideynlər universitetdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, 2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, plan yerləri, ötən ilin keçid balları, yeni açılmış ixtisaslar, təqaüd imkanları, beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları, qarışıq tədris modeli, universitetin müasir infrastrukturu və zəngin tələbə həyatı barədə ətraflı məlumat əldə edirlər.
Qeyd edək ki, sərgi 31 iyuladək davam edəcək.
Türkiyə-Azərbaycan Universitetinin stendi ali təhsil müəssisələrinin sərgisində təmsil olunub
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb
BSU ali təhsil müəssisələrinin sərgisində abituriyentlərlə görüşlərini davam etdirir