Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AİZ) ilə Polşanın iqtisadi zonası arasında anlaşma memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında - Komissiyanın həmsədrləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak imzalayıb.