16 fevral 2023 17:17
497

AZAL Bakıdan Parisə uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, aviareyslər həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.