Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Məlumata görə, qəza Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü yolun asfalt qatının sürüşkən olduğunu nəzərə almadığına görə sükana nəzarəti itirib.
İdarəetmədən çıxan minik maşını prospektə dönən çoxtonnajlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik maşınında olan bir nəfər xəsarət alıb və “Toyota” markalı avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb
BSU ali təhsil müəssisələrinin sərgisində abituriyentlərlə görüşlərini davam etdirir