17 fevral 2023 12:08
534

ACE platformasının üst modulları bu ilin ikinci rübündə dənizə yola salınacaq

“Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulları bu ilin ikinci rübündə dənizə yola salınacaq.

“İki sahil” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2022-ci ilin nəticələrinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, platformadan ilkin neftin hasil olunması gələn ilin birinci rübünə planlaşdırılıb.

Qəri Counz onu da əlavə edib ki, hazırda "Azəri-Çıraq-Günəşli" yataqlarında hazırda hasilatın təbii azalması gedir və bu prosesin sürətinin azaldılması investisiyalar, yeni quyuların qazılmasını tələb edir. Yeni platformanın tikintisi də bu işlərin bir hissəsidir.