Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb.
“İki sahil” xəbər verir ki, bu, bu, 17 sentyabr 2000-ci il təvəllüdlü Rzayev Nizami Məkani oğludur.
Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarında xidmət etmiş Rzayev Nizaminin Donetsk vilayətinin Mariupol şəhəri istiqamətində əsir düşdüyü bildirilir. Onun hazırda Rusiyada əsirlərin saxlanıldığı həbsxanada olduğu ehtimal edilir.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar