Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb.
“İki sahil” xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: "Bu yol vasitəsilə biz, həmçinin, Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bu da Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək".