18 fevral 2023 16:41
2418

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 231 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, “buster” doza ilə peyvənd olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.