Rusiyanın Lipetsk vilayətinin biznes nümayəndələri Azərbaycana səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan səfərdən məqsəd sahibkarlar arasında uzunmüddətli işgüzar əlaqələrin qurulmasıdır.
Fevralın 22-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın iqtisadi potensialı ilə tanışlıq, layihələrin təqdimatı, görüşlər və qarşılıqlı müqavilələrin imzalanması nəzərdə tutulub.