19 fevral 2023 18:20
519

Ölkəmizdə 14 nəfər koronavirusa yoluxub, 20 nəfər sağalıb

Ötən gün ölkəmizdə aparılan 764 test nəticəsində məlum olub ki, 14 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, dünyasını dəyişənin olmadığı son sutka ərzində 20 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.