20 fevral 2023 09:23
447

Saatlıda əhaliyə göstərilən rabitə xidmətinin həcmi artıb

Saatlı rayonu üzrə rabitə xidmətlərinin həcmi artıb. Xidmətlərin daha çox hissəsi isə əhali üçün olub.

Saatlı Rayon Statistika idarəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-сi il ərzində rabitə müəssisələri tərəfindən müəssisə, təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 799,9 min manat olub. Ötən illə müqayisədə 56,7 min manat və ya 7,6 faiz çoxdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin isə (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 681,1 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 47,5 min manat və ya 7,5 faiz çox deməkdir.