20 fevral 2023 11:31
474

Nağd pulla bağlı qaydalara dəyişiklik ediləcək

“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na dəyişikliklər edilməsi nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nağd pulu idarə edilməsi şöbəsini rəisi Anar Dadaşov deyib. O bildirib ki, əsas məqsəd kommersiya banklarında biznes proseslərini baş verən dəyişikləri əhatə etməkdir.

Anar Daşadoş əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən nağd pula tələbat qalmaqdadır:

"Azərbaycan Mərkəzi Bankının əsas vəzifəsi vətəndaşların bütün ödəniş vasitələrinə çıxışı təmin edilməlisidir".