20 fevral 2023 15:57
680

Bu il mobil operatorların gəlirləri 10% artıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 17,2% artaraq 229,9 mln. manat təşkil edib.

"İki sahil" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 72,0%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 40,1%-i və ya 92,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.