21 fevral 2023 10:56
346

Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb

Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 349,7 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,15% azdır.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 372,6 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.