21 fevral 2023 12:38
465

Nazirlik 70 min vergi borcu olan şirkəti 3,2 milyonluq tenderin qalibi edib

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub.

"İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcu yaranıb. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.