21 fevral 2023 13:33
380

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 24-də Şirvanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.