21 fevral 2023 15:15
426

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma kəskin azalıb

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 182,1 min və ya 53,9 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 82,2% azalaraq 10,7 min ton olub”, - məlumatda qeyd olunur.