23 fevral 2023 00:12
391

Son sutkada 31 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 167 nəfər müalicə olunaraq sağalıb, nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.

Ölkədə son sutka ərzində 1 286, hazırkı dövrədək isə 7 517 428 test aparılıb.