Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib.
“İki sahil” xəbər verir ki, universitetin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova ali təhsil müəssisəsinin rektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmış memorandum əsasında, iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Universitetə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas – "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçirilir. (Report)
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb, tələbələr digər ali məktəblərə köçürüləcək
Laçında müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara mediatur təşkil edilib