26 fevral 2023 14:08
435

Səhiyyə Nazirliyinin kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümüdür.

“İki sahil” xəbər verir ki, bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Xalqımız bu faciəni heç vaxt unutmayacaq.