Rusiyanın “Transneft” şirkəti 20 min ton Qazaxıstan neftini Polşa istiqamətində, oradan da Almaniyaya tədarük etməyə başlayıb.
"İki sahil”in “TASS“a istinadən verdiyi məlumata görə, bu barədə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib.
"Moskva vaxtı ilə saat 15:00-da biz “Adamova Zastava” (şatdırılma məntəqəsi – red.) istiqamətində Qazaxıstan nefti həcmlərini nəql etməyə başladıq. Tranzitlə Polşadan keçərək, daha sonra Almaniyaya", - İqor Demin qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Qazaxıstanın milli operatoru “Kaztransoil” şirkəti 2023-cü ildə 1,2 mln. ton Qazaxıstan neftinin "Adamova Zastava" çatdırılma məntəqəsi istiqamətində “Transneft”nin magistral neft kəmərləri sistemi ilə nəqlinə dair müraciət göndərib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub