27 fevral 2023 18:46
348

Ata-baba yurdunuzu həmişəlik tərk etməyin - Ərdoğan

"Ata-baba yurdunuzu həmişəlik tərk etməyin”.

“İki sahil”  Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş bölgələri araşdırmaq üçün getdiyi Adıyamanda deyib:

“Biz hər şeydən xəbərdarıq və lazım olanı edəcəyimizə heç kimin şübhəsi olmasın. Şəhərlərinizin qayğısına qalın, ata-baba yurdunuzu həmişəlik tərk etməyin. Dağılan hər evi yenidən sizə verəcəyik".

Qeyd edək ki, Adıyamanda 6 min 13 vətəndaş həyatını itirib.