31 iyul 2026 01:10
98

Kömür mədəninin çökməsi nəticəsində 9 nəfər ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı 9 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Geo" telekanalı xilasedicilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə səbəb metan qazının partlayışı ola bilər.

Qəza baş verən zaman yeraltında 42 şaxtaçı olub. Onlardan bəzilərinin dağıntılar altında qala biləcəyi bildirilir.