28 fevral 2023 10:28
522

ABŞ-ın dövlət katibi Qazaxıstanda səfərdədir

ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanın paytaxtı Astanada səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

E.Blinkenlə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında görüş olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ dövlət katibini qəbul edəcək.

E.Blinken “С5+1” (Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Tacikistan və ABŞ) formatında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək.