2023-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələr siyahısında Türkiyə (106,7 milyon dollar) birinci olub.
"İki sahil”ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu siyahıda Rusiya Federasiyası (68,1 milyon dollar) ikinci və Gürcüstan (24,5 milyon dollar) üçüncü olub.
Qeyd edək ki, cari ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon dollar) birinci, pambıq mahlıcı (15,5 milyon dollar) ikinci və meşə fındığı (11,8 milyon dollar) üçüncü olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub