Ötən il qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin dəyəri rekord həddə - 450 mln. ABŞ dollarınadək yüksəlib.
Bu barədə “İki sahil" Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına istinadən xəbər verir.
“Həcm baxımından cəmi 5,5% artmasına baxmayaraq, qlobal LNG ticarətinin dəyəri 2022-ci ildə iki dəfə artaraq 450 mlrd. ABŞ dolları ilə bütün zamanların ən yüksək səviyyəsinə çatıb”, - hesabatda qeyd olunur.
Bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranan qlobal enerji və qaz böhranı əsas Asiya və Avropa bazarlarında spot qaz qiymətlərini və LNG idxal hesablarını rekord səviyyələrə qaldırdı.
“LNG Rusiyanın Avropa İttifaqına boru kəməri ilə qaz tədarükünü kəskin azaldırmasının təsirinin yumşaldılmasında mühüm rol oynayıb və 2022-ci ildə qaz təchizatı çatışmazlığının qarşısının alınmasına kömək edib”, - hesabatda vurğulanır.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub