28 fevral 2023 14:58
380

Horadiz-Ağbənd yolunda bütün tunellərin qazıntı işləri başa çatdırılıb

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda (Zəngəzur dəhlizi) inşa edilən 3 tunelin hamısında qazıntı işləri başa çatdırılıb.

Bunu "İki sahil"ə açıqlamasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoluna (Zəngəzur dəhlizi) mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, ümumi uzunluğu 12 kilometr (3 gediş, 3 gəliş) olan hər üç tunelin betonlanma işləri də başa çatıb. Hazırda tunellərdə beton dirəklərin qoyulması, drenaj işləri və digər işlər görülür.

Qeyd edək ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.

Layihə üzrə işlərin ümumi yerinə yetirilməsi 73%-dir.