“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Biləsuvar rayon İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki, görülən işlərin tərkib hissəsi olaraq bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin və Əsgərabad bələdiyyəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar Biləsuvar rayonunun Əsgərabad kəndində “Heydər Əliyev adına park” salınıb.
Parkda əvvəlcə torpaq hissəsinin hamarlanması işləri aparılıb, ağacların mühafizəsi məqsədilə hasarlar çəkilib.
Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun şəhər və kənd bələdiyyələri, Əsgərabad kəndindən olan şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri parkda 200 ədəddən çox şam və xan çinarı ağacları əkərək suvarıblar.