Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin rəhbər heyətləri arasında görüş keçirilib.
Bu barədə "İki sahil"ə ASA-dan bildirilib. Məlumata görə, görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev ölkəmizin sığorta bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Qeyd edilib ki, beynəlxalq reytinq agentliyinin nümayəndə heyəti ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub