Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 2 mart tarixində saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
“İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, nazir vətəndaşları Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 6 mart, saat 09:30-da qəbul edəcək.
Qəbula yazılmaq üçün 4 mart 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub