01 mart 2023 11:37
400

Dissertasiya şuralarının fəaliyyətinin nəticələri müzakirə edilib FOTO

Martın 1-də AMEA Rəyasət Heyətinin binasında “2019-2022-ci illər ərzində Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair” yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş nitqi ilə çıxış edib. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin “2019-2022-ci illər ərzində Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair” məruzəsi dinlənilib.

Daha sonra yığıncaqda dissertasiya şuralarının fəaliyyətinə dair müzakirələr aparılıb.