01 mart 2023 16:31
438

Azad edilən ərazilərdə daha 156 mina aşkarlanıb FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

“İki sahil” xəbər verir ki,  ANAMA-dan bildirilib ki, fevralın 1-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilanda 40 piyada əleyhinə mina, 116 tank əleyhinə mina və 1 486 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2470 hektar ərazi mina və PHS-lərdən təmizlənib.