01 mart 2023 18:11
528

Mərkəzi Bankın valyuta ehtiyatları nə qədərdir?

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 43,8 milyon ABŞ dolları təşkil edib.

"İki sahil” quruma istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % azdır.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,5 %, son 1 ildə isə 26,3 % artıb.