02 mart 2023 01:14
539

Qeyri-neft ixracının 18,5 faizi SOCAR-ın payına düşüb

Cari ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artaraq 284,5 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

Ən çox ixrac olunan məhsullar

Yanvarda kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb. Meyvə-tərəvəz ixracının ümumi  dəyəri 14,7 faiz azalsa da alma ixracı 2 dəfə, nar 3,6 dəfə artıb. Həmçinin spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb. Tərəvəz və meyvələrin emal məhsullarında isə 2,2 dəfə artım qeydə alınıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

2023-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.

Burada elektrik enerjisinin ixracını xüsusilə vurğulamaq lazımdır. Elektrik enerjisi ixracı ötən ilin bu dövrü ilə müqayisədə 972 dəfə artıb. Belə ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın elektrik enerjisi ixracının dəyəri 74,5 min dollar olmuşdu. Bununla da yanvar ayında qeyri neft-qaz ixracının 25,4 faizi elektrik enerjisinin payına düşüb. 

Hansı ölkələrə daha çox qeyri-neft məhsulları ixrac edilib?

2023-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (106,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya (68,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (24,5 milyon ABŞ dolları) üçüncü  olub.Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni ayında Türkiyəyə (51,1 faiz) və Gürcüstana (69 faiz) ixrac artıb, Rusiyaya (4,2 faiz) isə azalıb.

Bu subyektlər daha çox qeyri-neft məhsul və xidmətləri ixrac ediblər

2023-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC (10,6 milyon dollar), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (6,8 milyon dollar), “P-Aqro” M

MC (5 milyon dollar), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (4,8 milyon dollar), Şirinov Elvin Valeh oğlu (3,7 milyon dollar), “Almeyvə” MMC (3,6 milyon dollar), “Rose Servis” MMC (3,6 milyon dollar), “Best Logistik” MMC (2,9 milyon dollar), “Baku Steel Company” QSC (2,8 milyon dollar), “Mors Trading” MMC (2,5 milyon dollar) kimi şirkətlər var.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında isə “Azərenerji” ATSC (72,4 milyon dollar), SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (29,6 milyon dollar), “SOCAR Polymer” MMC (23 milyon dollar), “Azəralüminium” MMC (10,4 milyon dollar), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (2,2 milyon dollar), “Azərbaycan Hava Yolları” QSC (1,2 milyon dollar), “Şəki Şərab” MMC (138,6 min dollar), “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC (110,2 min dollar), “Azəri M-İ Drilling Fluids” MMC (69,4 min dollar), “Səngəçal Elektrik Stansiyası” MMC (12,1 min dollar) yer alıb.

Burada xüsusilə SOCAR-dan bəhs etdikdə vurğulamaq yerinə düşər ki, yanvar ayında qeyri-neft sektoru üzrə ixracın 52,6 milyon dollar və ya 18,5 faizi bu şirkətə məxsus müəssisələrin payına düşüb.

Ceyhun Piriyev, “İki sahil”