02 mart 2023 18:04
391

İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə Macarıstanın “Vibrocomp International” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki,  Memorandumu Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və “Vibrocomp International” MMC-nin icraçı direktoru Pal Zoltan Bite imzalayıblar.

İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilmiş görüş çərçivəsində imzalanmış memoranduma əsasən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Vibrocomp International” MMC Macarıstanın ətraf mühit və mülki mühəndislik sahəsi üzrə konsultant sirkətidir.