03 mart 2023 10:04
324

Qeydiyyata alınmış 2927 əmtəə nişanından 2208-i yerli xarici fiziki və hüquqi şəxslərə aiddir

2022-ci ildə Dövlət reyestrində qeydiyyata alınmış 2927 əmtəə nişanından 2208-i milli, 719-u isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

“İki sahil” xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, coğrafi göstəricilərin Dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınıb. 44 günlük tarixi zəfərimiz nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və bu ərazilərdə olan coğrafi göstəricilərin qeydiyyata alınması qarşıda duran vacib vəzifələrdəndir və buna xüsusi diqqət yetirilib.