03 mart 2023 11:31
412

Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçib

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2022-ci büdcə ili üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq kənar auditinin həyata keçirilməsi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"İki sahil" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, auditin keçirilməsinə "BKR İşık Konsaltinq" MMC cəlb edilib.

Qalib şirkətə 6,5 min manat ödəniləcək.