İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.
“İki sahil” xəbər verir ki, şirkət tərəfindən ilk dəfə olaraq Ruminiya, Çexiya, Latviya, Litva və İordaniyaya sütkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub