Praqada İqtisadi Əməkdaşlıq, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Azərbaycan və Çexiya Birgə Komissiyasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Martın 2-3-də keçirilən Birgə Komissiyanın beşinci iclasında iştirak edən Çexiya nümayəndə heyətinə bu ölkənin sənaye və ticarət nazirinin müavini Petr Treşnak, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edib.
Səfirliyin verdiyi məlumata görə, bu il iclasın əsas gündəliyində biznes və investisiya əməkdaşlığı, ekoloji texnologiyalar və enerji məsələləri olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub