Bakı-Qəbələ-Bakı marşrutu ilə sərnişin daşımaları üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.
“İki sahil” xəbər verir ki, marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından əldə etmək mümkündür.
***
Mart ayının 18-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır.
“İki sahil” xəbər verir ki, sürət qatarının reysləri həftə sonları təşkil olunacaq.
Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq.
Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub