04 mart 2023 10:50
433

Nyu-York birjasında təbii qaz 9%-dən çox bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 9,08% artaraq, 3,016 ABŞ dolları təşkil edib.