04 mart 2023 12:07
377

Məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib

"İdman həftəsi" çərçivəsində məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, qarşılaşma futbol veteranlarının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra Gənclər və İdman Nazirliyinin əməkdaşları məhbuslara idman ləvazimatları hədiyyə ediblər.

Qeyd edək ki, oyunun təşkilində məqsəd məhbusların idman vasitəsilə sosial fəaliyyətlərdən yararlanaraq gələcəkdə cəmiyyətdə layiqli yer tutmasına dəstək olmaqdır.