28 iyul 2026 13:24
87

Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.

Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.

Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.